NYT: İsraili əvvəlcə “Hizbullah” vuracaq, sonra İran hücuma qoşulacaq

2024/08/1723180109.jpg
Oxunub: 272     08:05     09 Avqust 2024    
Livanın “Hizbullah” hərəkatı İranın zərbələrindən əvvəl İsrailə ilk hücum edə bilər.

Ordu.az xəbər verir ki, bu barədə “The New York Times” mənbələrə istinadən məlumat yayıb.

Qəzetin İsraildəki iki mənbəsi və yüksək rütbəli Qərb kəşfiyyat rəsmisi son məlumatlara əsasən yəhudi dövlətinə iki ayrı zərbənin mümkün olduğunu bildirib. Eyni zamanda, qəzet kəşfiyyat məlumatlarının az olduğunu və tez-tez dəyişdiyini qeyd edir.

CNN daha əvvəl “Hizbullah”ın yaxın günlərdə hücuma keçə biləcəyini bildirmişdi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hizbullah   Qərb   İsrail  


Bizi "telegram"da izləyin