Qətər, Misir və ABŞ İsrail və HƏMAS-ı atəşkəs danışıqlarını bərpa etməyə çağırıb

2024/08/1723179293.jpg
Oxunub: 219     03:30     09 Avqust 2024    
Misir, Qətər və ABŞ liderləri İsrail və HƏMAS hərəkatını avqustun 15-də Doha və ya Qahirədə Qəzza zolağında atəşkəs danışıqlarını bərpa etməyə çağırıblar.

Ordu.az xəbər verir ki, bu barədə Qətər əmiri Şeyx Təmim bin Həməd əl-Tani, Misir prezidenti Əbdülfəttah əs-Sisi və ABŞ prezidenti Co Baydenin birgə bəyanatında deyilir.

“Biz hər iki tərəfi 15 avqust Cümə axşamı günü Doha və ya Qahirədə təcili danışıqları bərpa etməyə, qalan boşluqları doldurmağa və heç bir gecikmə olmadan sazişin icrasına başlamağa çağırırıq”, - deyə bəyanatda deyilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qətər   Misir   ABŞ   İsrail   HƏMAS  


Bizi "telegram"da izləyin