Ordu.az xəbər verir ki, bu barədə Fransa Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyə görə, əvvəlki həftə ilə müqayisədə zorakılıqla oğurluq halları 17 %, zorakılıq olmadan oğurluq halları 6 %, ictimai nəqliyyatda oğurluq halları 8 %, hücum halları isə 10 % artıb.
Ötən həftənin sonunda ölkənin daxili işlər naziri Jerald Darmanen Olimpiya Oyunlarının başlanğıcından Parisdə 200 nəfərin saxlanıldığını bildirmişdi. İl-de-Frans regionunda olimpiya obyektləri ətrafında 35 min polis və jandarm, 18 min hərbçi və bir neçə min özəl mühafizə şirkətinin əməkdaşı yerləşdirilib.
Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunları avqustun 11-də başa çatacaq.
Ordu.az