KİV: İsrail HƏMAS-ın tam məğlubiyyəti olmadan girovların azad edilməsinə razı deyil

2024/08/1723178992.jpg
Oxunub: 191     00:07     09 Avqust 2024    
İsrail Baş naziri Binyamin Netanyahu bütün girovların azad edilməsini nəzərdə tutan, lakin HƏMAS-ın Qəzza zolağı üzərində nəzarətinə son qoymayan sövdələşməyə razı olmayacaq.

Ordu.az xəbər verir ki, bu barədə İsrail lideri “Time” jurnalına müsahibəsində bildirib.

“Xeyr, düşünmürəm. <...> Biz hər iki məqsədə çatmalıyıq: bütün girovların azad edilməsinə nail olmaq və müharibəni qazanmaq. Və mən inanıram ki, bu mümkündür”, – o söyləyib.

Xatırladaq ki, Yaxın Şərqdə vəziyyət 7 oktyabr 2023-cü ildə Fələstin radikal HƏMAS hərəkatının silahlı tərəfdarlarının Qəzza zolağından İsrail ərazisinə soxulmasından sonra kəskin şəkildə gərginləşib. Bu zaman sərhədyanı yaşayış məntəqələrinin sakinləri qətlə yetirilib və 240-dan çox girov götürülüb.

Cavab olaraq İsrail HƏMAS-ın hərbi və siyasi strukturunu məhv etmək, həmçinin bütün qaçırılmış insanları azad etmək məqsədilə anklavda hərbi əməliyyata başlayıb. Qəzza zolağında döyüş əməliyyatları bu günədək davam edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   HƏMAS  


Bizi "telegram"da izləyin