MSK sədri: "Bizim 400 minə yaxın məcburi köçkün seçicimiz hələ də Azərbaycanın müxtəlif bölgələrində səs verməli olacaq"

2024/02/1707370294.jpg
Oxunub: 367     17:54     08 Avqust 2024    
“Bizim 400 minə yaxın məcburi köçkün seçicimiz hələ də Azərbaycanın müxtəlif bölgələrində səs verməli olacaq”.

Ordu.az-ın xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, azad edilmiş ərazilərdə 34 daimi seçki məntəqəsi yaradılıb: “Həmin ərazilərdə bərpa işləri çox sürətlə gedir. Amma o ərazilər minalanıb. Neçə-neçə vətəndaşımız mina partlamasında həlak olur, amma dünya buna susur”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Məzahir-Pənahov   Seçki  


Bizi "telegram"da izləyin