ABŞ-nin bütün hərbi texnikası və şəxsi heyəti Ermənistanı tərk etdi - Səfirlik

2024/06/666b0-1718291711.jpg
Oxunub: 539     13:18     08 Avqust 2024    
ABŞ-nin bütün hərbi texnikası və şəxsi heyəti Ermənistanı tərk etdi.

Ordu.az xəbər verdiyi kimi, bu barədə ABŞ-nin İrəvandakı səfirliyinin açıqlamasında deyilir.

"İyulun 24-də ABŞ və Ermənistan arasında operativ əməkdaşlığı genişləndirmək üçün nəzərdə tutulmuş “Eagle Partner 2024” sülhməramlı təlimi uğurla başa çatıb. Biz təsdiq edə bilərik ki, ABŞ-nin bütün hərbi texnikası və şəxsi heyəti Ermənistanı tərk edib" - açıqlamada deyilir.

Qeyd edək ki, "Eagle Partner 2024" birgə hərbi təlimləri iyulun 15-i başlayıb.

ABŞ-nin Avropa və Afrikadakı quru qoşunları və Kanzas Milli Qvardiyası ilə birgə keçirilən təlimlər iyulun 24-dək uzadılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ermənistan  


Bizi "telegram"da izləyin