Böyüməyə hazırlaşan Türkiyə müdafiə şirkətləri yeni ixracat üçün səy göstərir

2024/08/2024--1723105940.jpg
Oxunub: 517     17:13     09 Avqust 2024    
Türkiyə müdafiə məhsullarına artan qlobal tələbat və Türkiyə müdafiə sənayesi sektorunun genişlik, inkişaf baxımından artan yetkinliyi sayəsində 2024-cü il üçün “Defense News Top 100” müdafiə şirkəti siyahısında Türkiyə şirkətlərinin sayı 2023-cü ildəki 4-dən 5-ə yüksəlib.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Sıralamaya daxil olan Türkiyə şirkətləri bunlardır:

ASELSAN (ötən il 47-ci yerdə idi, bu il 42-ci yerə yüksəlib): Başda rabitə və sensorlar olmaqla, müdafiə elektronikası. ASELSAN 2008-ci ildə ilk 100-ə daxil olan ilk Türkiyə şirkəti olub və davamlı olaraq Türkiyənin lider müdafiə gəlirləri istehsalçısı olub.

Türkiyə Aviasiya və Kosmos Sənayesi (TAI və ya TUSAŞ) (58-ci yerdən 50-ci yerə yüksəlib): Türkiyə müdafiə aviasiyasının lideri 2012-ci ildə Top 100-ə daxil olub və o vaxtdan bəri ikinci sırada olan Türkiyə firması olub.

ROKETSAN (80-ci yerdən 71-ci yerə yüksəlib): İdarə olunmayan raket və idarə olunan raket istehsalçısı olan şirkətin gəlirləri məhsullarının Türkiyə insansız sistemlərinə inteqrasiyası sayəsində əhəmiyyətli dərəcədə artıb.

Maşınqayırma və Kimya Sənayesi (MKE) (84, yeni): Yüngül silahlar, artilleriya və döyüş sursatları istehsalçısı 2022-ci ildə ictimai təsərrüfat müəssisəsindən səhmdar cəmiyyətə çevrilib. Artilleriya və əlaqəli döyüş sursatlarına artan tələbatı ödəməyə kömək edib.

Hərbi Zavod və Gəmiqayırma Müəssisəsi (ASFAT) (94, yeni): Təyyarə, dəniz və quru sistemlərinin istehsalı və texniki xidməti. Pakistan (MİLGEM), Burkina-Faso/Toqo (mina darama gəmiləri) ilə mühüm müqavilələr.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   ASELSAN  


Bizi "telegram"da izləyin