Tayvan administrasiyasının 2025-ci il müdafiə büdcəsi yeni rekorda imza atacaq

2024/08/2024--1723105776.jpg
Oxunub: 428     19:19     08 Avqust 2024    
Tayvan administrasiyasının rəhbəri Lai Çinq-te verdiyi açıqlamada Tayvan administrasiyasının ümumi müdafiə büdcəsinin gələn il 19,74 milyard dollara çatacağını, adanın müdafiə sahəsində özünə inamını və demokratik tərəfdaşlarla əməkdaşlıq etməyi hədəflədiyini deyib.

Ordu.az xəbər verir ki, Tayvanı öz ərazisi hesab edən Çin son bir neçə ildə bu iddiaları irəli sürmək üçün hərbi və siyasi təzyiqləri artırıb, Taypey isə bunu qəti şəkildə rədd edir.

Tayvan administrasiyasının rəhbərinin aparatından verilən açıqlamada Lai Çinq-tenin aşağıdakı ifadələri işlətdiyi qeyd olunub:

“Biz sülh və firavanlığı təmin etmək üçün özünümüdafiəni artırmaq və demokratik tərəfdaşlarla əməkdaşlığı dərinləşdirmək əzmindəyik”.

Açıqlamada bu ilin müdafiə büdcəsi ilə bağlı heç bir müqayisə aparılmayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tayvan   Büdcə  


Bizi "telegram"da izləyin