Ordu.az xəbər verir ki, şirkətdən verilən açıqlamada ilin ilk yarısında proqramın əvvəlki 3 və 6 aylıq PAC-3 raket axtarış başlığı istehsalı rekordlarını aşdığı bildirilib.
Qeyd olunub ki, proqram, həmçinin ilin sonuna qədər axtarış başlığı üzrə illik rekordu 20%-dən çox qırmaq yolundadır.
“Patriot” raket ailəsinin ən yüksək səviyyəli variantı olan PAC-3 Raket Seqmenti İnkişaf Etdirmə raketinin istehsalı tam sürətlə davam edir.
ABŞ ordusu iyunun sonunda “Lockheed Martin” ilə 870 ədəd PAC-3 MSE raketləri və müvafiq avadanlıqların tədarükü üçün 4,5 milyard dollarlıq çoxillik müqavilə imzaladığını elan edib.
Sevinc Əliyeva
Ordu.az