Rusiya ordusu “Malva” təkərli haubitsalarının yeni partiyasını təhvil alıb

2024/08/2024--1723102299.jpg
Oxunub: 415     11:42     08 Avqust 2024    
Rusiyanın müdafiə və texnologiya nəhəngi “Rostec” 2024-cü ilin iyun ayının sonunda həyata keçirilən əvvəlki göndərişdən cəmi bir ay sonra 152 mm-lik 2S43 “Malva” təkərli haubitsalarının daha bir partiyasının Rusiya hərbi birliklərinə təhvil verildiyini açıqlayıb.

Ordu.az xəbər verir ki, 2S43 “Malva” 8×8 konfiqurasiyalı tam ötürücülü BAZ-6910-027 “Voshchina” şassisinə quraşdırılmış artilleriya sistemidir.

Məlumata görə, özüyeriyən haubitsa 2S19 “Msta-S”dəkinə bənzər 152 mm çaplı 2A64 yivli topundan istifadə edir.

Bundan əlavə, haubitsanın qüllə və top qurğusu üçün zirehsiz dizaynı ona Il-76 kimi təyyarələr tərəfindən daşına bilən daha yüngül avtomobillə inteqrasiya olunmuş şəkildə işləməyə imkan verir.

Haubitsanın ilk istehsal modelləri 2023-cü il oktyabrın 26-da Rusiya Silahlı Qüvvələrinə təhvil verilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Malva  


Bizi "telegram"da izləyin