“Lockheed Martin” yaxın gələcəkdəki lazer müharibələrinə hazırdır

2024/08/laz-3446202972.jpg
Oxunub: 313     16:17     09 Avqust 2024    
ABŞ-nin müdafiə nəhəngi “Lockheed Martin”in meneceri Maykl Uilyamson lazer müharibələrinə hazırlaşmaq üçün işlərini sürətləndirdiklərini açıqlayıb.

Ordu.az xəbər verir ki, Uilyamson dünyada bir çox ordunun xərclərinə görə raket əsaslı müdafiə sistemlərindən imtina etdiyini və bu müdafiə zəifliyini lazer silahları ilə aradan qaldırmağa çalışdığını bildirib.

“Xüsusilə, kamikadze tipli pilotsuz uçuş aparatları raketdən müdafiə sistemlərinin effektivliyini azaldır. Eyni zamanda, bu raket sistemləri son dərəcə mürəkkəbdir. Lazer silahları isə həm maliyyə baxımından daha əlverişli, həm də daha sadə sistemlərdir”, - deyə o vurğulayıb.

Qeyd edək ki, “Lockheed Martin” 2023-cü ildə ABŞ ordusunun ehtiyaclarına uyğun olaraq yüksək enerjili lazer prototipinin hazırlanması üzrə tenderi qazanıb.


“Lockheed Martin” bir müddətdir ki, Pentaqonun Yüksək Enerjili Lazer Miqyaslandırma Təşəbbüsü (HELSI) üzərində işləyir. Eyni zamanda, şirkət 2023-cü ildə ABŞ Hərbi Dəniz Qüvvələrinə (HDQ) inteqrasiya oluna bilən HELIOS platformasını təhvil verib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: LockheedMartin   Lazer  


Bizi "telegram"da izləyin