Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.
Nəşr qeyd edib ki, digər zərərçəkmiş ailələrə, xüsusən də Alaverdi icması və Noyemberyan icmasının Ayrum yaşayış məntəqələrindəki ailələrə 60 min dram veriləcək.
“Lori vilayətinin Tumanyan, Pambak, Taşir, Stepanavan, Qyulaqarak icmaları və Tavus vilayətinin Noyemberyan icmasının Arçis, Baqrataşen, Debedavan, Hağtanak, Ptğavan yaşayış məntəqələri, habelə Dilican və İcevan icmaları halında hər bir ailə üzvünə 40 min dram veriləcək. Dəstək pulunun donor təşkilatlar tərəfindən ayrılan vəsait hesabına ödəniləcəyi açıqlanıb. Nəşrimizə Əmək və Sosial Məsələlər Nazirliyindən bildirilib ki, köçürmələr hələ aparılmayıb, yaxın həftə ərzində həyata keçiriləcək. Ərizələrin qəbulu üçün son tarix 31 avqustdur. 250 benefisiar ailə, 850 fiziki şəxs var, müraciətlərin 80%-i qəbul olunub. Maraqlısı odur ki, maddi ziyanla yanaşı, evlərini, dam örtüyünü də itirən ailələr var. Artıq 3 aya yaxındır ki, hökumət, Ərazi İdarəetmə və İnfrastrukturlar Nazirliyi, Əmək və Sosial Məsələlər Nazirliyi təbii fəlakətin dəymiş ziyanının qiymətləndirilməsini aparır, nəticəsi hələ də görünmür”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az