Zaxarova: "Ermənistana qardaş dəstəyi bundan sonra da davam edəcək"

2024/08/1723098958.jpg
Oxunub: 476     10:16     08 Avqust 2024    
ABŞ-nin Ermənistanın Rusiyadan üz döndərdiyi barədə bəyanatları əsassızdır. İki ölkə arasında əsrlərdir formalaşan əlaqələr Qərbin bütün sınaqlarına tab gətirə biləcək.

Ordu.az-ın RİA “Novosti”yə istinadən xəbərinə görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

O deyib ki, rəsmi Vaşinqtonun bu addımlarının reallıqla əlaqəsi yoxdur:

“O'Brayen deyir ki, Ermənistan Rusiyadan üz döndərmək istəyir. Bu fikirlər ABŞ tərəfinə xas olan geosiyasi manevrlərdən biridir. Əsas məqsəd dünya ictimaiyyətində Vaşinqtona xas olan “reallıq” barədə təsəvvür yaratmaqdır. ABŞ-nin ölkəmizlə Ermənistan arasındakı əlaqələri məruz qoyduğu sınaqlar uğursuzluqla nəticələnir. Tarix boyunca Ermənistana göstərdiyimiz qardaş dəstəyi bundan sonra da davam edəcək”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya   ABŞ  


Bizi "telegram"da izləyin