Heyvan hüquqlarının müdafiəçiləri Papanın çıxışına mane olublar

2024/08/1722834393.jpg
Oxunub: 431     09:44     08 Avqust 2024    
Heyvan hüquqlarının müdafiəçiləri Roma Papası Fransiskin ənənəvi çıxışına mane olmağa çalışıblar.

Ordu.az xarici mətbuata istinadla xəbər verir ki, pontifikin çıxış etdiyi zala daxil olan 2 qadın korridaya qarşı şüarlar səsləndirib. Onlar ingilis və ispan dillərində “korrida günahdır” yazılmış paltarlar geyiniblər.

Təhlükəsizlik xidməti etirazçıları zaldan çıxarıb.

Papa indiyədək korrida məsələsinə münasibət bildirməyib. Lakin tarixdən məlumdur ki, 16-cı əsrdə Papa V Piy öküz döyüşlərini qadağan etmişdi. Pontifik bu əyləncənin insana yaraşmadığı qənaətində idi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Papa   Çıxış  


Bizi "telegram"da izləyin