“Storm Shadow” Raketinin Xüsusiyyətlərinə BAXIŞ| Rusiya-Ukrayna müharibəsində nə qədər təsirlidir?
Oxunub: 894
16:40
15 Avqust 2024
Britaniya-Fransa istehsalı olan “Storm Shadow” qanadlı raketinin xüsusiyyətləri hansılardır?
“Storm Shadow” Qanadlı Raketi
“Storm Shadow” Britaniya-Fransa-İtaliya birgə müəssisəsi olan MBDA tərəfindən istehsal edilən qanadlı raketdir. SCALP kimi də tanınır.
1990-cı illərin sonlarında hazırlanmağa başlayan “Storm Shadow” MBDA tərəfindən hava limanının uçuş-enmə zolaqlarını vurmaq üçün hazırlanmış “Apache” raketinin bazası əsasında yaradılıb. “Apache”dən fərqlənən üç əsas xüsusiyyətə malikdir. “Apache” qəlpəli sursat, “Storm Shadow” isə döyüş başlığı daşıyır. GPS-INS-dən başqa, idarəetmə sistemlərinə görüntüləyici infraqırmızı (IIR) və ərazi darama sistemi (TERPROM) da əlavə edilib. Bundan əlavə, gövdə dizaynında stels xüsusiyyətlərə diqqət yetirilməklə dizayn edilib.
“Storm Shadow” “MBDA France” tərəfindən hərbi gəmilərdə və sualtı qayıqlarda istifadə üçün hazırlanmış variantdır. Şaquli buraxılış qurğularında istifadə edilə biləcək şəkildə inkişaf etdirilib. O, atış zamanı “booster”dən istifadə edərək, ilkin sürət və hündürlüyünü əldə edir, sonra isə öz turboreaktiv mühərriki ilə uçur.
İstifadə edən ölkələr
Layihənin tərəfdaşları Britaniya, Fransa və İtaliyanın inventarlarında raket mövcuddur. Misir, Yunanıstan və Hindistan raketi “Dassault Rafale” satınalma paketlərinin bir hissəsi kimi alıb. Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) inventarında raketin “Black Shaheen” adlı variantı var. Bu ölkələrlə yanaşı, Qətər və Səudiyyə Ərəbistanının da inventarında raket var.
Rusiya-Ukrayna müharibəsində rolu
Müharibə başlayandan bəri Avropa ölkələri Ukraynaya hər cür vasitə, avadanlıq və sursatları pulsuz verməyə davam etdi. Yardım paketləri çərçivəsində Fransa, Britaniya və İtaliya Ukraynaya “Storm Shadow” qanadlı raketləri təqdim etdiklərini açıqlayıblar. Fransa bir müddətdir istehsal olunmayan raketin istehsalının yenidən başlayacağını və ilk mərhələdə 40 raketin Ukraynaya tədarük ediləcəyini bildirmişdi.
Aşağıdakı şəkildə Fransa tərəfindən Ukrayna Hərbi Hava Qüvvələrinin (HHQ) “Su-24” döyüş təyyarəsinə inteqrasiya edilən SCALP EG göstərilir.
Mediada zaman-zaman raketin müharibədə istifadəsi ilə bağlı hər iki tərəfdən görüntülər paylaşılır. Rusiya tərəfində S-400 Hava Hücumundan Müdafiə (HHM) sistemi tərəfindən vurulan raketin görüntüləri paylaşılarkən, Ukrayna tərəfində raketin S-400 tərəfindən aşkar edilmədən uçuşunu davam etdirməsi və hədəflərini vurmasının görüntüləri paylaşılır.
Aşağıdakı videoda Rusiyanın S-400 HHM sistemi tərəfindən vurulan raketlər göstərilir. 10 ay əvvəl paylaşılan videoda ən azı 29 raketin ələ keçirildiyi bildirilir.
Başqa bir videoda isə raketin ələ keçirilmədən S-400 üzərindən alçaqdan uçduğu görünür.
Bu görüntülər xaricində 2023-cü ilin sentyabrında Rusiya HDQ-yə edilən hücumlarda döyüş gəmilərinin 10 ədəd “Storm Shadow” raketi ilə vurulduğu bildirilir. “Su-24” döyüş təyyarəsinə inteqrasiya olunmuş raket Rusiya ordusuna qarşı aktiv şəkildə istifadə olunur. Rusiya tərəfi HDQ-yə edilən hücumlarda gəmilərin çox zərər görmədiyini və təmir edilə biləcəyini iddia edərkən, Qərb və Ukrayna mənbələri vurulan gəmilərin tamamilə məhv edildiyini bildirir.