Atışa nəzarət və atəş gücü sahələrində ən son texnologiyalar… TEBER 30 İki Nəfərlik Qülləsi

2024/08/WDS24-10337030226.jpg
Oxunub: 905     16:34     08 Avqust 2024    
“Teber” 30 İki Nəfərlik Qülləsi təkərli və tırtıllı zirehli vasitələrə inteqrasiya oluna bilən və iki fərqli konfiqurasiyada təklif olunan orta çaplı qüllədir. İki nəfərlik şərti konfiqurasiyada komandir və tuşlayıcı qüllə səbətində yerləşdirilir.

Vasitə komandirinin vasitə daxilində missiyasını davam etdirdiyi hallarda iki nəfərlik qüllə tipinin ümumiyyətlə daha üstün olduğu düşünülür. Qüllənin hündürlüyü və çəkisi insanlı qüllələrdə çatışmazlıqlar hesab edilsə də, situasiya məlumatlılığı, atəş gücü effektivliyi və döyüş sahəsinə effektiv nəzarət nəzərə alındıqda, iki nəfərlik qüllələr vasitə komandirinə əhəmiyyətli üstünlük verir.

İki nəfərlik qüllələrdə tuşlayıcı ilə komandir arasında əlaqə daha effektiv təmin olunduğu üçün komandir tuşlayıcını daha dəqiq və daha effektiv istiqamətləndirə bilir. “Teber 30” İki Nəfərlik Qülləsi hərəkət sistemi, atışa nəzarət, sağ qalma qabiliyyəti və atəş gücü sahələrində ən son texnologiyalara malikdir, üzərindəki sensorlar və digər elektron sistemlər sayəsində gecə-gündüz, istənilən hava şəraitində və döyüş şəraitində işləyə bilir.


Həm tuşlayıcı, həm də komandir qüllənin bütün funksiyalarına nəzarət edə bilər. Bundan əlavə, ehtiyat sürücülük sistemi sayəsində tuşlayıcı fövqəladə hallarda qülləni yan və yüksəklik oxunda əl ilə istiqamətləndirə və atəş aça bilər. Qüllə əsas təchizat olaraq dəqiqədə 200 atış sürətinə sahib, 30 mm-lik çapda “Mk44” qoşa doldurmalı avtomatik top və ümumilikdə 300 ədəd atışa hazır sursat ilə təchiz olunub.

Qüllədəki qoşa bölməli sursat qutusuna yüklənən və oradan qülləyə verilən iki müxtəlif növ sursat müxtəlif tipli hədəflərin zərərsizləşdirilməsinə şərait yaradır. Əsas təchizat olaraq ilk növbədə yüksək partlayış qabiliyyətli, zirehdəlici və ya proqramlaşdırıla bilən havada partlayışlı növ sursat olmaqla, müxtəlif növlü sursatlardan istifadə oluna bilər. Xüsusilə proqramlaşdırıla bilən tipli döyüş sursatları örtük arxasındakı hədəfləri effektiv şəkildə atəşə tutmağa imkan verir.

30 mm-lik avtomatik top və koaksial pulemyot ekipaja bir çox müxtəlif hədəfləri effektiv şəkildə vurmaq imkanı verir. “SuperShot 40 mm (40×180 mm)” sursatı da “Teber 30” İki Nəfərlik Qülləsində istifadə oluna bilər. Bu saydə qüllə 40 mm çapa çevrildikdə, qüllənin sursat qutusunun və mərmi yollarının 30 mm-ə bərabər tutulması əhəmiyyətli bir üstünlük təmin edir və eyni sayda döyüş sursatı ilə daha təsirli atəş gücü əldə edilə bilər.

İkinci dərəcəli təchizat avadanlığı isə “Mk52” və ya 7,62 mm-lik pulemyot və 1000 atışa hazır sursatdan ibarətdir. 7,62 mm-lik elektriklə idarə olunan pulemyotun ən mühüm üstünlükləri ondan ibarətdir ki, atəş açılmamış sursatlar elektrik ötürücü ilə atılır, pulemyotun sıradan çıxmasının qarşısını alır və atəşdən sonra ayrılan zəhərli barıt qazını yüksək dərəcədə azaldır.

Qüllənin hər tərəfində irəli baxan 4 borulu 76 mm-lik duman əleyhinə minaatan var. İstifadəçinin istəyi ilə müxtəlif çaplı minaatanlarla əvəz edilə bilər. Qüllə elektrik hərəkət sisteminə və hərəkət zamanı dəqiqliyi artırmaq üçün iki oxlu sabitləşdirmə qabiliyyətinə malikdir. Qüllə minimum 60°/saniyə sürətə sahib olacaq şəkildə, yan oxda 360° qeyri-məhdud fırlanma qabiliyyətinə, habelə -10° ilə +45° yüksəklik bucağı qabiliyyətinə malikdir.


“Teber 30” İki Nəfərlik Qülləsi iki oxlu stabilləşdirilmiş müstəqil görmə sistemi və qüllədəki atışa nəzarət sistemi sayəsində təkmil atəş idarəetmə qabiliyyətinə malikdir. Sabit və hərəkət edən hədəflər üçün avtomatik hesablanan yüksəklik və önləmə bucaqları buraxılan ilk sursatın dəqiqlik göstəricisini artırır və sursatdan daha effektiv şəkildə istifadə edilə bilməsini təmin edir.

O, iki oxlu stabilləşdirilmiş görmə sistemi, uzun və ya orta dalğa uzunluqlu termal kamera, geniş və dar bucaqlı gündüz kamerası və lazer məsafəölçəndən ibarətdir. Avtomatik hədəf izləmə sistemi görmə sisteminə inteqrasiya olunub.

“Teber 30” İki Nəfərlik Qülləsi, həmçinin termal kamera, gündüz kamerası və lazer məsafəölçəndən ibarət iki oxlu stabilləşdirilmiş 360° panoramik komandir görmə sisteminə və qırıcı/vurucu qabiliyyətinə malikdir. Qüllədə yerləşən müstəqil enerji mənbəyi və istifadəçi tərəfindən konfiqurasiya oluna bilən ağıllı enerji paylama sistemi sayəsində fövqəladə hallarda vasitə akkumulyatorlarından müstəqil şəkildə lülə hərəkət sistemi, buraxılış sistemi və görmə sistemləri elektron şəkildə bir müddət daha istifadə edilə bilər.

“Teber 30” İki Nəfərlik Qülləsinin gövdəsi qaynaqlanmış alüminium zirehlə yanaşı, kompozit və polad zirehdən ibarətdir və STANAG 4569 standartında nəzərdə tutulan səviyyəyə qədər ballistik qoruma təmin edir.


Ümumi Məlumatlar

Lülə Tipi: İki Nəfərlik Qüllə
Əsas Təchizat: 30 mm-lik “Mk44” (Qoşa Doldurmalı)
Atışa Hazır Sursatların Sayı: 300
İkinci Dərəcəli Təchizat (Koaksial): 7,62 mm-lik “Mk52” Elektrik Hərəkət Sistemli MT və ya 7,62 mm-lik Qaz Hərəkət Sistemli MT
Yan Ox: 360° davamlı
Yüksəlmə Oxu: -10° ilə +45°
Maksimum Sürət: > 60°/saniyə (Yan və Yüksəlmə Oxunda)
Maksimum Sürətlənmə: > 1,5 rad/s² (Yan və Yüksəlmə Oxunda)
İzləmə Sürəti: 0,3 mil/san
Stabilizasiya: Elektrik Hərəkət Sistemli 2 Oxlu


Görmə və Atışa Nəzarət Sistemi

Termal Kamera, Gündüz Kamerası, Lazer Məsafəölçəni
Avtomatik Hədəf İzləmə: İstəkdən Asılı Olaraq
Atışa Nəzarət Kompüteri: Avtomatik Yüksəlmə və Önləmə Bucağının Hesablanması


Ölçülər və Çəki

Qüllənin Çəkisi: <3,850 kq
Halqa Dişli Çapı: 1600 mm
Dönmə Radiusu: 3,420 mm
En: 2.28 m
Hündürlük: 0,7 m



Sağqalma Qabiliyyəti

Hərtərəfli Balistik Qoruma: STANAG 4569 (Qoruma Səviyyəsi Gizli)
Duman Əleyhinə Minaatanlar: İstəkdən Asılı Olaraq


Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: TEBER   Qüllə   SuperShot  


Bizi "telegram"da izləyin