“Qarakilsədəki erməni mövqelərindən qoşunların çıxarılmasına başlanıldığı haqda xəbərlər yayılıb”

2024/08/1722668171.jpg
Oxunub: 1957     14:52     03 Avqust 2024    
“Bir neçə həftədir ki, xəbərlərdə sakitlik hökm sürür, sanki ölkədə fasilə var”.

Ordu.az xəbər verir ki, bunu erməni hərbi ekspert Karen Vrtanesyan öz “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, əslində, hadisələr sürətlə davam edir, lakin olimpiada ilə maraqlanan ictimaiyyət tərəfindən demək olar diqqətdən kənara qoyulur.

“Yəqin ki, eşitmədiyiniz bir neçə xəbər... Ötən gün 10-a yaxın patrul Qarabağda doğulmuş hüquqşünas Roman Yeritsyanın qardaşını döyüblər, sonra özləri ilə aparıblar. 2 saatdan çox vəkilləri içəri buraxmadılar. Qarakilsədəki erməni mövqelərindən qoşunların çıxarılmasına başlanıldığı haqda xəbərlər yayılıb. Deyirlər ki, Müdafiə Nazirliyindən təkzib ediblər, amma Müdafiə Nazirliyindən təkziblərin qiymətini məndən yaxşı bilirsiniz”, - deyə Vrtanesyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarakilsə   Qarabağ  


Bizi "telegram"da izləyin