Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə müşaviri kontr-admiral Zeki Aktürk həftəlik mətbuat brifinqində bildirib.
“Sikorsky Aircraft” şirkətinin “S-70i” modelindən hazırlanan və T-70 adlanan ümumi məqsədli helikopter “Sikorsky” ASELSAN, TEI və “Alp Havacılık” şirkətlərinin subpodratçılığı ilə istehsal olunur.
T-70 ümumi məqsədli helikopteri qarşıdakı 10 il ərzində 6 fərqli istifadəçiyə müraciət etmək üçün Türkiyə lisenziyası ilə istehsal olunur.
T-70 helikopteri 2021-ci ildən etibarən kütləvi istehsala keçib. Ümumilikdə 109 helikopterin istehsalı nəzərdə tutulur.
Sevinc Əliyeva
Ordu.az