İsrail ordusu İordan çayının qərb sahilində terrorçuluqda şübhəli bilinən 13 nəfəri saxlayıb

2023/12/1702445206.jpg
Oxunub: 270     17:43     23 İyun 2024    
İsrail təhlükəsizlik qüvvələri İordan çayının qərb sahilində gecə reydləri zamanı terrorçuluqla əlaqədə şübhəli bilinən 13 nəfəri saxlayıb.

Ordu.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Qalqilya şəhərində reyd zamanı təhlükəsizlik qüvvələri partlayıcı maddələrin hazırlanması üçün materiallar, həmçinin terror fəaliyyətinin maliyyələşdirilməsi üçün nəzərdə tutulan 70 min şekel (təxminən 19 min ABŞ dolları - red.) nağd pul ələ keçiriblər.

Saxlanılan və müsadirə edilən bütün vəsaitlər əlavə araşdırmalar üçün ölkənin təhlükəsizlik xidmətinə verilib. Reydlər zamanı İsrail tərəfdən itkilər barədə məlumat verilmir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Terror  


Bizi "telegram"da izləyin