Dodik: "ABŞ öz maraqları naminə bütün dünyada təxribat törədir"

2022/01/56756-1643284143.jpg
Oxunub: 306     16:41     23 İyun 2024    
ABŞ digər ölkələrin maraqlarına məhəl qoymur və öz məqsədlərinə çatmaq üçün Bosniya və Herseqovinanın daxili işlərinə qarışır.

Ordu.az xəbər verir ki, bunu Bosniya və Herseqovinanın Serb Respublikasının Prezidenti Milorad Dodik "X" sosial şəbəkəsində bildirib.

“Maykl Mörfi (ABŞ-nin Bosniya və Herseqovinadakı səfiri) dünən dediyi kimi, Serb Respublikasının Bosniyadan dinc yolla ayrılması ABŞ-nin maraqları üçün təhlükə yaradır. Serblərin, bosniyalıların və xorvatların öz hüquqları yoxdur? Yalnız ABŞ-nin maraqları vacibdir? Biz 3 xalq bütün məsələləri öz aramızda həll etməliyik", - Dodik qeyd edib.

Prezident bəzi bosniyalı siyasətçilərin Vaşinqtonun bosniya serblərinə kömək etmək istəyinə inamını "dərin aldanma” adlandırıb:

“Amerikanı ancaq özü maraqlandırır, bosniyalılar, serblər və xorvatlar onun üçün ötənilki qar kimidir. İraq, Suriya, Liviya, Misir, Əfqanıstanda öz maraqlarını təmin etmək üçün xaos yaradıblar. Niyə bosniyalı siyasətçilər sadəlövhcəsinə özlərinin xüsusi olduğuna və onlara nəsə veriləcəyinə inanırlar”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Dodik   ABŞ  


Bizi "telegram"da izləyin