Rumıniyada NATO-nun böyük aviabazası açılıb

2024/03/1711429448.jpg
Oxunub: 312     12:43     23 İyun 2024    
Rumıniyada NATO-nun böyük aviabazası açılıb.

Ordu.az-ın BBC-yə istinadən verdiyi xəbərə görə, Mihail Kogalniceanu aviabazası adını 19-cu əsrin liberal siyasətçisinin adını daşıyan yaxınlıqdakı kənddən götürüb.

Mihail Kogalniceanu aviabazasının Almaniyadakı Ramşteyin bazasından daha böyük hərbi bazaya çevriləcəyi gözlənilir. Bazada tezliklə Rumıniyanın Norveçdən bu yaxınlarda aldığı “F-16” döyüş təyyarələri eskadrilyası, həmçinin “MQ-9 Reaper” pilotsuz təyyarələri, o cümlədən NATO Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrinin 32 ölkədən olan hərbçilərinin yerləşəcəyi şəhərcik olacaq.

Baza Qara dəniz sahilindən cəmi 20 km, Odessadan 300 km və Sevastopoldan 400 km məsafədə yerləşir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rumıniya   NATO  


Bizi "telegram"da izləyin