İsrail Ordusunun Qəzzada həlak olan hərbçilərinin sayı 315-ə çatıb

2024/06/1718517295.jpg
Oxunub: 272     11:42     23 İyun 2024    
İsrail Ordusunun daha bir əsgəri Qəzzada aparılan quru əməliyyatında həlak olub.

Ordu.az-ın xəbərinə görə, bu barədə “The Times of Israel” məlumat yayıb.

Malkia Qross dünən axşam Qəzzada döyüşlərdə yaralanıb və onun həyatını xilas etmək mümkün olmayıb.

Cümə günü də İsrail Ordusunun Qəzza zolağında 2 hərbçisi həlak olub.

Beləliklə, İsrail Ordusunun Qəzzada aparılan quru əməliyyatında həlak olan hərbçilərinin sayı 315 nəfərə çatıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Qəzza  


Bizi "telegram"da izləyin