“Eurosatory 2024” sərgisində MKE TSQ-nin inventarında olan təxminən 100 məhsulunu təqdim edib

2024/06/1719047484.jpg
Oxunub: 326     11:45     23 İyun 2024    
“Makina və Kimya Endüstrisi AŞ” (MKE) Türkiyə Silahlı Qüvvələrinin (TSQ) inventarında olan milli piyada tüfəngi MPT-76 və snayper tüfəngi “Bora 12” də daxil olmaqla, 100-ə yaxın məhsulunu nümayiş etdirib.

Ordu.az xəbər verir ki, 17-21 iyun tarixlərində Fransada keçirilən “Eurosatory” sərgisində 62 ölkədən 2 mindən çox şirkət iştirak edib.

Bu il Türkiyə sərgidə MKE, ASELSAN, ROKETSAN, HAVELSAN, BMC və “Otokar” kimi 50-dən çox şirkətlə təmsil olunub.

MKE “Eurosatory”dəki Türkiyə stendində TSQ-nin inventarında olan və əvvəllər bu sahədə istifadə edilən 100-ə yaxın məhsulu dünyanın hər yerindən gələn ziyarətçilərə təqdim edib.

Bu yaxınlarda xaricə ixrac edilən havadan daşına bilən 105 mm-lik yüngül yedəkdə daşınan haubitsa “Boran” sərgi iştirakçılarının böyük marağına səbəb olub. Sərgidə “Boran” ilə bağlı müzakirələr də aparılıb.

MKE-nin yerli və milli resurslarla hazırladığı 1 ton 780 kiloqram ağırlığında “Boran” dəqiqədə 12 atış atır və 1 dəqiqə ərzində atışa hazır ola bilir.

MKE-nin stendində yerli və milli dizaynlı patronlar da nümayiş etdirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MKE   Eurosatory  


Bizi "telegram"da izləyin