İsmayıl Haniyə: HƏMAS bütün sülh təşəbbüslərinə açıqdır

2024/06/1719046087.jpg
Oxunub: 161     12:43     22 İyun 2024    
HƏMAS Qəzza zolağında müharibənin dayandırılmasına yönəlmiş bütün təşəbbüslərə açıqdır.

Ordu.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu hərəkatın siyasi bürosunun rəhbəri İsmayıl Haniyə deyib.

İ.Haniyə xatırladıb ki, HƏMAS hücumların tamamilə dayandırılması, İsrail ordusunun çıxarılması, Qəzzanın bərpası, əsirlərin mübadiləsi və yerli sakinlərə yardım kimi tələblər irəli sürür: “Bunlar xalqımızın, müqavimət hərəkatının və dini icmanın azad insanlarının tələbləridir. HƏMAS bu tələblər əsasında danışıqlar aparır. Biz atəşkəs danışıqlarında bu tələbləri təmin edəcək bütün təşəbbüslərə açığıq”.

O vurğulayıb ki, hərəkat mayın 6-da Qətər və Misirin təqdim etdiyi atəşkəs təklifini bəyənib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: HƏMAS   Qəzza  


Bizi "telegram"da izləyin