“Seçkilər kontekstində “erməni oyun kartı” seçiciləri cəlb etmək baxımından Makron üçün çox əlverişlidir” - Markedonov

2023/11/image-1700549229.jpg
Oxunub: 221     13:19     22 İyun 2024    
“Fransa Qafqazda daha bir xəbər yaradıb: Paris İrəvanla “Caesar” özüyeriyən artilleriya sistemlərinin alınmasına dair müqavilə imzalayıb”.

Ordu.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə rusiyalı politoloq Sergey Markedonov yazıb.

O qeyd edib ki, bu xəbəri rəsmən Beşinci Respublikanın müdafiə naziri Sebastyan Lekornü açıqlayıb.

“Bu ilin fevralında fransalı nazir İrəvana səfər edib. Bu, Fransa Müdafiə Nazirliyinin rəhbərinin postsovet Ermənistanı tarixində ilk səfəri idi. Hazırda Fransa-Ermənistan hərbi-siyasi əməkdaşlığı yüksələn xətlə inkişaf edir. Xatırladaq ki, ötən ilin oktyabrında Parisdə iki ölkənin müdafiə nazirləri Fransa silahlarının Ermənistana tədarükü ilə bağlı sənəd imzalayıblar. Ermənistan ordusu tezliklə yeni partnyordan zirehli personal daşıyıcılarının ilk partiyasını qəbul edib. Eyni zamanda, Beşinci Respublikanın parlamentariləri icra hakimiyyətini və hərbçiləri özüyeriyən silahların tədarükü məsələsinin həllini sürətləndirməyə çağırıblar. Necə deyərlər, “proses başlayıb”. “Caesar”ların Ermənistana verilməsi ilə bağlı açıqlama Ermənistan müdafiə naziri Suren Papikyanın Parisə işgüzar səfəri fonunda verilib. Lükornü ilə danışıqlar zamanı hərbi-texniki əməkdaşlığa dair yeni razılaşmalar əldə olunub, Ermənistanın müdafiə kompleksində islahatların aparılması ilə bağlı bir sıra məsələlər müzakirə edilib. Gözlənildiyi kimi, bu xəbər Bakıda hiddətə səbəb olub. Fransanın bu addımı ilə Azərbaycan hakimiyyəti Qafqazda yeni hərbi eskalasiya təhlükəsini gördü. Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatında Azərbaycanın reaksiyası ilə bağlı çaşqınlıq ifadə etməsi də gözlənilirdi”, - deyə Markedonov bildirib.

Markedonov əlavə edib ki, növbədənkənar seçkilər kontekstində “erməni oyun kartı” seçiciləri cəlb etmək baxımından Makron üçün çox əlverişlidir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qafqaz   Makron  


Bizi "telegram"da izləyin