Ermənistanda qondarma “Qərbi Ermənistan” ifadəsi qadağan edilir

2024/04/1712644655.jpg
Oxunub: 217     12:40     22 İyun 2024    
Ermənistan hakimiyyəti tərəfindən aparılan “tarixi Ermənistan” mövzusunun və bundan irəli gələn “incə” mövzuların inkar edilməsi siyasəti təhsil sahəsində, eləcə də digər sahələrdə yeni-yeni təzahürlər alır.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.

Nəşr qeyd edib ki, üstəlik, Ermənistan hakimiyyəti yeni “rekordlar” qeydə almağa müvəffəq olur.

“Nəşrimizə bu günlərdə bir neçə məktəbdən məlumat daxil olub ki, başa çatan tədris ilinin sonunda müəyyən proseslər yaranıb, yeni tədris ilinin əvvəlində bu proseslərin daha aydın və “sistemli” həyata keçirilməsi nəzərdə tutulur. Xüsusilə “Erməni tarixi” fənni ilə bağlı məsələ daha həssasdır. Nəşrimizə məlum olub ki, söhbət sinif prosesində tarixi yer adları ilə bağlı məsələlərdən gedir: xüsusilə bir neçə İrəvan məktəbinin müəllimlərinə artıq “Qərbi Ermənistan” ifadəsini işlətmək qadağan edilib, onları “Şərqi Türkiyə” ifadəsini işlətməyə məcbur ediblər”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qərbi-Ermənistan   Qadağa  


Bizi "telegram"da izləyin