MKE-dən ABŞ ilə 30 milyon dollarlıq müqavilə: “Eurosatory 2024”

2024/06/1718974172.jpg
Oxunub: 217     16:48     21 İyun 2024    
Fransanın paytaxtı Parisdə keçirilən “Eurosatory 2024” Beynəlxalq Müdafiə Sərgisi bütün sürəti ilə davam edir.

Ordu.az xəbər verir ki, 50-dən çox Türkiyə müdafiə şirkətinin iştirak etdiyi sərgidə MKE mühüm müqavilə imzalayıb.

ABŞ-nin CENTURY ARMS şirkəti ilə müqavilə imzalayan MKE ABŞ bazarına 30 milyon dollarlıq silah ixrac edəcək.

Hazırda MKE 9 mm-lik avtomatlardan tutmuş 7,62 mm-lik piyada tüfənglərinə qədər müxtəlif yüngül silahlar istehsal edir.

30 milyon dollarlıq müqavilə MKE istehsalı olan tüfəngləri ABŞ bazarına təqdim etməyi hədəfləyir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MKE   ABŞ  


Bizi "telegram"da izləyin