Londonda ikinci IEA-COP29 yüksək səviyyəli dialoq keçiriləcək

2024/06/iea_c-1718959761.jpg
Oxunub: 127     12:40     21 İyun 2024    
İyunun 24-də Londonda ikinci "IEA-COP29" yüksək səviyyəli dialoq keçiriləcək.

Ordu.az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin baş direktoru Fatih Birol sosial şəbəkədəki səhifəsində bildirib.

"İyunun 24-də Londonda COP29-un prezidenti Muxtar Babayevlə 2-ci "IEA-COP29" yüksək səviyyəli dialoqumuza həmsədrlik etməyi səbirsizliklə gözləyirəm", - Fatih Birol bildirib.

O vurğulayıb ki, tədbir zamanı enerji, iqlim və maliyyə liderləri təmiz enerjiyə, xüsusilə də inkişaf etməkdə olan iqtisadiyyata investisiyaların necə artırılmasına diqqət yetirəcəklər.

Xatırladaq ki, ilk COP29-IEA yüksək səviyyəli dialoq mayın 15-də Parisdə baş tutub.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək və 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.

Konvensiyanın tərəfləri 198 ölkədir. Əgər tərəflərin fərqli qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində yerləşir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: London   IEA-COP29  


Bizi "telegram"da izləyin