Orban: "Macarıstan NATO-nun Ukraynada hərbi missiyasında təmsil olunmayacaq"

2023/01/1675101367.jpg
Oxunub: 137     12:40     21 İyun 2024    
NATO Ukraynada hərbi missiya təşkil edəcək və Macarıstan bu missiyada təmsil olunmayacaq.

Ordu.az xəbər verir ki, bu barədə Macarıstan Baş naziri Viktor Orban "Kossuth" radiosuna müsahibəsində deyib.

"NATO-nun Ukraynada hərbi missiyası olacaq, lakin Macarıstan orada iştirak etməyəcək", - deyən Orban, ölkəsinin bu ideyanı maliyyə, texniki və ya hərbi personalın köməyi ilə dəstəkləməyəcəyini əlavə edib.

"Avropa qatarı müharibəyə doğru gedir", deyən Macarıstan hökumət başçısı Orban, Donald Trampın noyabrda prezident seçilərək Ağ Evə qayıtdığı təqdirdə bu "qatarı dayandıra" biləcəyini deyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Orban   Macarıstan   NATO  


Bizi "telegram"da izləyin