“Le Figaro”nun redaktor müavini: “Caesar” özüyeriyən haubitsaları yaxın 15 ay ərzində Ermənistana veriləcək”

2024/05/11254-1716880948.jpg
Oxunub: 176     13:20     21 İyun 2024    
“Fransa “Caesar” özüyeriyən artilleriya sistemlərinin tədarükü müqaviləsi çərçivəsində Ermənistana 36 haubitsa tədarük edəcək”.

Ordu.az xəbər verir ki, bunu “Le Figaro”nun redaktor müavini Jan-Kristof Byuson “X” mikrobloqunda bildirib.

Byuson vurğulayıb ki, “Caesar” özüyeriyən haubitsaları yaxın 15 ay ərzində Ermənistana veriləcək.

Qeyd edək ki, ötən həftə Fransanın müdafiə naziri Sebastyan Lekornü İrəvan və Parisin Fransa istehsalı olan “Caesar”ların tədarükü ilə bağlı müqavilə imzaladığını açıqlayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Caesar   Fransa   Ermənistan  


Bizi "telegram"da izləyin