Erməni keşiş: “Hindistan silahı gətirdilər, nə qədər Hindistan silahı gətirdiklərini desinlər, bundan istifadə edilib-edilmədiyini göstərsinlər”

2024/06/1718956682.jpg
Oxunub: 203     13:06     21 İyun 2024    
“Ordumuzun vəziyyətini bilən var?”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanda davam edən etiraz aksiyalarının rəhbəri, erməni keşiş Baqrat Srbazan mətbuat konfransı zamanı deyib.

“Hindistan silahı gətirdilər, nə qədər Hindistan silahı gətirdiklərini desinlər, bundan istifadə edilib-edilmədiyini göstərsinlər. İndi deyəcəklər ki, gizlidir. Gizlidirsə, niyə açıqlayırdınız, niyə tərifləyirdiniz? Fransız avtomobilləri ilə bağlı nə qədər tənqidlər olduğu demirəm”, - deyə o qeyd edib.

Erməni keşiş bildirib ki, Ermənistanın hazırkı hakimiyyətinin nümayəndələrinin külli miqdarda korrupsiyası mətbuatda qeyd olunur.

“Adam gileylənirdi ki, krediti çətinliklə ödəyə bilirlər. Birdən öyrənirsən ki, fərdi ev alıb. Müdafiə naziri haqqında danışacam. Əsgərlərimizin yandığı Ağkilsə kəndindəki sığınacaq yaxınlığında 2-3 ev alır. Əsgər sənə görə, sənin nəzarətin altında o şəraitdə yaşayır, sən bunun müqabilində 2-3 ev alırsan?”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Keşiş  


Bizi "telegram"da izləyin