Paşinyanın Zəngəzur vilayətinə işgüzar səfərindən sonra gərginlik daha da dərinləşib

2024/06/timth-1718956243.jpg
Oxunub: 234     16:38     21 İyun 2024    
Zəngəzur vilayətində Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasının üzvləri arasında gərgin vəziyyət yeni təzahürlər almağa davam edir.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.

Nəşr qeyd edib ki, Nikol Paşinyanın Zəngəzur vilayətinə işgüzar səfərindən sonra gərginlik daha da dərinləşib.

“Mənbəmiz bildirir ki, Zəngəzur vilayətinin rəisi Robert Qukasyan və parlamentin Zəngəzurdan olan deputatı Davit Danielyana partiya tərəfindən töhmət verilib, həmin Davit Danielyanın “adamı” sayılan Qafan icmasının ağsaqqallar şurasının “Vətəndaş Müqaviləsi” fraksiyasının rəhbəri isə partiyadan uzaqlaşdırılıb. Bizdə olan məlumata əsasən, səbəb odur ki, Nikol Paşinyanın sözlərinə görə, adıçəkilən şəxslər özlərini partiyadan uzaq saxlayırlar, partiyanın “xətti”nə əməl etmirlər”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zəngəzur   Ermənistan  


Bizi "telegram"da izləyin