Paşinyan Quşçuda hansı məsələləri müzakirə edəcək?

2024/06/image-1718954118.jpg
Oxunub: 206     15:40     21 İyun 2024    
“Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasında partiyanın iyunun 22-nə planlaşdırılan siyasi toplantısının yerini tam məxfi saxlamağa çalışsalar da, mənbələrimizdən öyrəndik ki, onlar bunu Quşçuda (Cermuk) keçirməyi planlaşdırırlar”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşr qeyd edib ki, Nikol Paşinyan bu nəşrdən sonra toplantının yerini dəyişməsə, toplantı Quşçuda baş tutacaq.

“Gündəlikdə hansı məsələlərin müzakirə olunacağı barədə də məlumat verilib. Serj Sarkisyanın vaxtilə Ermənistan Respublikaçılar Partiyasında etdiyi kimi, Paşinyan partiyanın vilayət strukturlarını yaratmaq niyyətindədir, indi Paşinyanın partiyasında ancaq ərazi strukturları var. Bununla Paşinyan partiyadaxili idarəetməni daha da mərkəzləşdirməyə çalışacaq”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Paşinyan  


Bizi "telegram"da izləyin