“Past”: Paşinyanın hər hansı regional səfəri özlüyündə artıq müəyyən bədbəxtliyi ehtiva edir

2024/06/0d273-1718953946.jpg
Oxunub: 191     15:10     21 İyun 2024    
Prinsipcə, Paşinyanın Zəngəzur vilayətinə niyə getdiyini təxmin etmək çətin deyil.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.

Nəşr qeyd edib ki, sıfır səviyyəsində olan reytinq şəraitində, xüsusilə iyunun 12-də polisin təşkil etdiyi qan tökülməsindən sonra Paşinyana təcili olaraq “reabilitasiya proseduru” lazım idi.

“Ancaq 6 ildir Ermənistanı silkələyən Paşinyan kimi şəxsiyyət halında bu cür səfərlər onların güddükləri yeganə məqsəd deyil. Onun hər hansı regional səfəri özlüyündə artıq müəyyən bədbəxtliyi ehtiva edir”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Paşinyan  


Bizi "telegram"da izləyin