“Hraparak”: Azərbaycan öz istədiyi Zəngəzur dəhlizini almayana qədər sazişi imzalamayacaq

2024/06/image-1718953809.jpg
Oxunub: 370     15:57     21 İyun 2024    
Nikol Paşinyanın vəd etdiyi sülh dövrü nə Qarabağın Azərbaycana təhvil verilməsindən, nə də birtərəfli güzəştlərdən sonra heç vaxt gəlməyib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşrə görə, Ermənistan Xarici İşlər Nazirliyi qalmaqallı bəyanatla çıxış edib ki, Azərbaycan Ermənistana qarşı “yeni hərbi əməliyyata başlamaq və sülh müqaviləsinin bağlanmasından imtina etmək” istəyir.

“Azərbaycan Müdafiə Nazirliyi Fransa ilə silah alqı-satqısı müqaviləsi ilə bağlı bəyanat yayıb ki, Cənubi Qafqaz regionunda vəziyyətin gərginləşməsinə və yeni müharibə ocağının yaranmasına görə məsuliyyəti tam şəkildə revanşist siyasət yürüdən Ermənistan rəhbərliyi və Makron diktaturası daşıyacaq”, - deyə nərş bildirib.

Müəllif vurğulayıb ki, dünyanın hər yerindən onlarla ölkənin dəvət olunduğu COP29 tədbirinin bu ilin noyabrında keçirilməsi planlaşdırılır.

“Hakimiyyətə yaxın dairələr gizlətmir ki, Nikol Paşinyan noyabra qədər Azərbaycanla sülh müqaviləsi imzalamaq ümidi ilə birtərəfli güzəştlərə getməyə hazır olub. İndi isə şübhə etmirlər ki, Azərbaycan öz istədiyi Zəngəzur dəhlizini almayana qədər sazişi imzalamayacaq”, - deyə nəşr əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Ermənistan   Fransa  


Bizi "telegram"da izləyin