“Past”: 2020-ci ilə qədər sursat komplektləşdirməsi istiqamətində iş aparılsaydı, çətin vəziyyətdə olmazdıq

2024/06/44868-1718953552.jpg
Oxunub: 162     13:35     21 İyun 2024    
“Ermənistan müxtəlif silahlar əldə etməyə və ya onlara xüsusi maraq göstərməyə başlayıb ki, bu da təbii olaraq gözəldir”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.

“Əgər 2020-ci ilə qədər sursat komplektləşdirməsi istiqamətində bənzər aktiv iş aparılsaydı, bəlkə də belə çətin vəziyyətdə olmazdıq. Ancaq diqqətçəkən odur ki, müəyyən miqdarda silah alınanda, üstəlik, razılıq əldə olunanda belə, bütün internet üzərindən “nəhayət, xilas olduq”, “yaşasın hakimiyyət, silah gətirirlər” və s. kimi böyük bir təbliğat kampaniyası təşkil edilir. Ən narahatvericisi isə odur ki, hələ silahlar əldə edilməmiş artıq elan olunur. İlk növbədə Ermənistanın bu və ya digər silahda maraqlı olduğu bildirilir. Sonra rəsmi səfərlər ediləndə, müqavilələr imzalananda xüsusi ziyafət təşkil edilir. Ayrı-ayrılıqda bu silahlar gələndə böyük reklam kampaniyası aparılır. Belə bir reallığın Azərbaycanı həyəcanlandırması təbiidir. Təsadüfi deyil ki, Azərbaycan Müdafiə Nazirliyi siyasi bəyanat yayaraq, Ermənistanla Fransa arasında hərbi-texniki əməkdaşlığın inkişafından və yeni müqavilələrdən narazılığını bildirib. Bundan başqa, Azərbaycan Müdafiə Nazirliyinin bəyanatında qeyd olunub ki, vəziyyətin gərginləşməsinə görə məsuliyyət Ermənistan hakimiyyətinin üzərinə düşür”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Fransa   Azərbaycan  


Bizi "telegram"da izləyin