Ermənistan Müdafiə Nazirliyindən geri alınan daşınmaz əmlak Müdafiə Nazirliyinə qaytarılıb

2024/06/28179-1718953243.jpg
Oxunub: 224     16:45     21 İyun 2024    
Ermənistan hökuməti iyunun 20-də keçirilən iclasında Müdafiə Nazirliyindən geri alınan və Ərazi İdarəetmə və İnfrastrukturlar Nazirliyinin Dövlət Əmlakının İdarə Edilməsi Komitəsinə verilən daşınmaz əmlakın yenidən Müdafiə Nazirliyinin tabeliyinə verilməsi barədə qərar qəbul edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Söhbət Kotayk vilayəti Nairi icması Kasax kəndi V. Teryan 36 ünvanında yerləşən daşınmaz əmlakdan gedir.

Daşınmaz əmlak Ermənistan Müdafiə Nazirliyindən geri alınıb və komitəyə təhvil verilib, lakin qeyd olunan daşınmaz əmlak dövlət qeydiyyatına alınmadığından təhvil-təslim baş tutmayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan.MN  


Bizi "telegram"da izləyin