“Yerliləşdirmə ziddiyyət deyil, əksinə, qlobal bazarda genişlənmək məqsədimizi dəstəkləyir” - Ahmet Akyol

2024/06/2024--1718951822.jpg
Oxunub: 248     15:00     21 İyun 2024    
“Defence News”un şirkətləri müdafiə gəlirlərinə görə sıralayan “Top 100” siyahısına görə, ASELSAN 2023-cü ildə dünyanın 47-ci ən böyük müdafiə şirkəti olub.

Ordu.az xəbər verir ki, şirkət, həmçinin 2023-cü ildə 30 fərqli ölkə üçün 601 milyon dollarlıq yeni müqavilə ilə yeni ixrac rekordu qırıb.

Ahmet Akyol 2023-cü ilin iyununda Müdafiə Sənayesi Komitəsinin (MSK) sədri vəzifəsinə təyin olunan Haluk Görgündən sonra ASELSAN-ın rəhbəri olub.

Akyol iyunun 17-də Parisdə başlayan “Eurosatory 2024”dən əvvəl ASELSAN-ın gələcəyi ilə bağlı “Defense News”a danışıb.

“Yerliləşdirmə ziddiyyət deyil, əksinə, qlobal bazarda genişlənmək məqsədimizi dəstəkləyir. Mühəndislik qabiliyyətimiz, tədqiqat və inkişaf fəaliyyətlərimiz daxili resurslarla yüksək texnologiyalı məhsulların hazırlanmasına əsaslanır. Biz daxili resurslar hesabına xaricdən idxal xərclərini azaldırıq ki, bu da bizə qlobal bazarda bəzi sahələrdə daha sərfəli olmaq imkanı verir”, - deyə ASELSAN-ın rəhbəri vurğulayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ASELSAN   Eurosatory-2024  


Bizi "telegram"da izləyin