“Rheinmetall” konteynerdən buraxılan kamikadze PUA-sı həllini təqdim edib

2024/06/2024--1718951512.jpg
Oxunub: 492     14:45     21 İyun 2024    
Çoxlu sayda başlıqsız sursatların və birtərəfli hücum Pilotsuz Uçuş Aparatlarının (PUA) demək olar hər yerə gedə bilən konteynerdə qablaşdırılması tezliklə çox populyarlaşacaq.

Ordu.az xəbər verir ki, Almaniya müdafiə podratçısı “Rheinmetall” İsrailin “UVision” şirkətinin digər kamikaze PUA-ları olaraq da bilinən “Hero” ailəsi “gəzən sursat”ları üçün konteynerə yerləşdirilmiş bir buraxılış qurğusu konsepsiyası təqdim edir.

Modifikasiya edilmiş daşıma konteyneri 126 buraxılış elementi ilə quruda və dənizdə bir sıra əməliyyat imkanları açır.

“Rheinmetall” broşüründə daşınma konteynerinin buraxılış sisteminin görüntüsü yer alır.

“Rheinmetall”ın konteynerli “Hero” “gəzən sursatı” buraxılış qurğusu haqqında xüsusi təfərrüatlar məhduddur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rheinmetall   PUA  


Bizi "telegram"da izləyin