“Paşinyanın Zəngəzura səfəri ölkəni referendum prosesinə hazırlamaq məqsədi daşıyır” - Abrahamyan

2024/06/1718950883.jpg
Oxunub: 409     17:45     21 İyun 2024    
“Paşinyanın Zəngəzura səfəri (şübhəsiz ki, bunu digər vilayətlərə də səfərlər izləyəcək) ölkəni referendum prosesinə hazırlamaq məqsədi daşıyır”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Tiqran Abrahamyan sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, məsələ ondadır ki, Azərbaycanla əldə olunan razılaşmaya əsasən, Ermənistan hökuməti daha 4 kəndi Azərbaycana təhvil verməyə hazırlaşır.

“Ağrı vilayətində Kərki, Tavusda isə Sofulu, Barxudarlı və Yuxarı Əskipara kəndləri. Bu kəndlərin təhvil verilməsi yalnız referendum yolu ilə həyata keçirilə bilər”, - deyə Abrahamyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Zəngəzur   Səfər  


Bizi "telegram"da izləyin