Moskva Ankaranın təkliflərini Tehrana təqdim edib| Tehran hələ də “qırmızı xətlər”lə məşğuldur?

2024/06/bager-1718949562.jpg
Oxunub: 444     17:35     21 İyun 2024    
“Rusiya xarici işlər nazirinin xüsusi nümayəndəsi İqor Xovayevlə görüşdə mən İranın regional problemlərlə bağlı mövqeyini izah etdim, Qafqazda bəzi qeyri-regional oyunçuların mövcudluğunun sabitliyi pozan nəticələrini qeyd etdim. Qafqazda sülh və sabitliyin qorunması İran, Rusiya və digər regional hökumətlər arasında daha çox koordinasiya və əməkdaşlıq tələb edir”.

Bunu İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqeri “X” sosial şəbəkəsində yazıb. O, Tehranda Rusiya xarici işlər nazirinin Qafqaz məsələləri üzrə xüsusi nümayəndəsi İqor Xovayevlə görüşüb. Bu o deməkdir ki, Lavrovun xüsusi nümayəndəsi çox konkret məsələni müzakirə etmək üçün Tehrana gedib. İranın xarici işlər naziri vəzifəsini icra edən şəxsin Xovayevin təqdim etdiyi hər hansı təklifə etirazı olubmu?

Hər halda onun qeydində mövcud olan Xovayevə regional məsələlərlə bağlı İranın mövqeyini “izah etdiyi” ifadəsi qeyri-müəyyən təəssürat yaradır. Əlbəttə, o da mümkündür ki, Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Tehrana təkliflə deyil, təklifin hazırlanması ilə bağlı mövqeləri aydınlaşdırmaq məqsədilə səfər edib və bununla bağlı İranın xarici işlər naziri vəzifəsini icra edən şəxs İranın münasibətini “izah edib”.

Maraqlıdır ki, Xovayevin Tehrana səfəri Türkiyənin xarici işlər naziri Hakan Fidanın Rusiyaya səfərindən bir neçə gün sonraya təsadüf edir. Fidanın Rusiyaya səfəri diqqətçəkən olub. BRICS ölkələrinin xarici işlər nazirlərinin görüşü üçün Kazandan ayrıldıqdan sonra Türkiyənin xarici işlər naziri Moskvada Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin, Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu və hətta prezident Putinlə bir sıra diqqətəlayiq görüşlər keçirib.

Bu görüşlər “kaskadı” onu deməyə əsas verir ki, Fidan Rusiya-Türkiyə münasibətlərinin “restartı” üçün Moskvaya təkliflər paketi təqdim edib. Ola bilsin ki, Xovayevin Tehrana səfəri İranın bunlarla bağlı mövqelərini anlamaq istəyi ilə bağlıdır. Bu fonda Əli Baqerinin birmənalı olmayan paylaşımı Tehranın bunlarla bağlı mövqeyini dəyişmədiyini deməyə əsas verir.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Moskva   Ankara   Tehran  


Bizi "telegram"da izləyin