Rusiya-İran hərtərəfli əməkdaşlıq sazişi danışıqlar masası arxasına qayıdacaq?

2024/06/54508-1718949136.jpg
Oxunub: 296     14:15     21 İyun 2024    
Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Zamir Kabulovun son bəyanatı olduqca vacibdir. Kabulovun bəyanatı belədir: “Rusiya-İran hərtərəfli əməkdaşlıq sazişi ilə bağlı müzakirələr İran tərəfinə görə dayanıb. Bunlar yenidən başlayacaq, sonda müqavilə imzalanacaq”.

Habelə, bu, görünür, o qədər də reallığın və ya real perspektivin qeydə alınması deyil, çünki İranın Moskvadakı səfirliyinin əməkdaşlarından biri bildirib ki, müqavilə iyunda, ən pis halda iyulda imzalanmalı idi. Hərtərəfli əməkdaşlıq sazişi üzrə danışıqlar 2021-ci ildə İbrahim Rəisinin prezident seçilməsindən az sonra elan edildi, lakin ilin əvvəlində yalnız Rusiya sənədin “imzaya təxminən 80 faiz hazır olduğunu” elan etdi.

Üstəlik, məhz həmin dövrdə Rusiya və Azərbaycan Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi ilə bağlı prinsip razılaşma əldə etdiklərini bəyan etdilər. Qərbin, xüsusən də ABŞ-nin bu layihəyə münasibəti kəskin mənfidir. Tehranın Rusiya-İran danışıqlarında fasilə verməsinin səbəbi nədir? Xarici işlər nazirinin səlahiyyətlərini icra edən Əli Baqiri deyib ki, Rəisinin ölümü nüvə proqramı ilə bağlı İran-ABŞ təmaslarını dayandırmayıb. İranın xarici siyasəti və təhlükəsizlik məsələlərində həlledici amil Xameneyinin mövqeyidir.

Rəmi Bakı tərəflər - Rusiya və İran ilə razılaşmalara sadiqdir, tranziti təmin etməyə hazırdır, lakin Moskva və Tehran prinsipial razılığa gəlmirlərsə, bu, onların problemidir. Müdafiə Nazirliyinin yaydığı məlumata görə, 2024-cü ilin planına uyğun, Azərbaycan ordusunun Naxçıvan Muxtar Respublikasında dislokasiya olunan bölmələri ilə taktiki təlim keçiriləcək. Təlimə şəxsi heyət, döyüş texnikası, aviasiya vasitələri və pilotsuz uçuş aparatları cəlb olunmalıdır. Azərbaycanla İran arasında əldə olunmuş razılaşma əsasında İran ordusunun müvafiq qüvvə və vasitələrinin cəlb edilməsi ilə eyni vaxtda qonşu dövlətin ərazisində də taktiki təlim keçiriləcək. Hər iki ölkədə keçirilən təlimlərdə strateji obyektlərin və kommunikasiya xətlərinin mümkün təxribat-diversiya fəaliyyətlərindən mühafizəsi üzrə müxtəlif tapşırıqlar koordinasiyalı şəkildə yerinə yetirilməlidir. Söhbət İran və Azərbaycanın Ermənistan sərhədinin cəmi 6 kilometrliyində, İran ərazisində tikmək niyyətində olduğu dəhlizdən gedir. Artıq körpünün tikintisinə başlanılıb. Bu yaxınlarda Türkiyənin nəqliyyat naziri də bu layihə haqqında danışdı, eyni zamanda yekun qərarın verilmədiyini qeyd etdi.

Sözügedən dəhliz Rusiya-Türkiyə dəmir yolu və avtomobil nəqliyyatına da xidmət göstərə bilər. Məlumatlara görə, Tatarıstan Cəbrayılda “KamAZ” yük maşınlarına müasir texniki xidmət mərkəzi tikir. Bu mərkəz Rusiyadan İrana və Türkiyəyə yükdaşımaları həyata keçirən şirkətlərə xidmət göstərməlidir.

Hazırda İran prezidentliyinə namizədlərin favoritliyi Səid Cəlalidən parlamentin spikeri Qalibafa keçib. Əgər o, prezident seçilərsə, Rusiya-İran hərtərəfli əməkdaşlıq sazişi danışıqlar masası arxasına qayıdacaq.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   İran   Türkiyə  


Bizi "telegram"da izləyin