ABŞ Dövlət katibi Ermənistan və Azərbaycanı tezliklə sülh müqaviləsini imzalamağa dəvət edib

2024/06/1718947187.jpg
Oxunub: 148     09:12     21 İyun 2024    
ABŞ Dövlət katibi Antoni Blinken Ermənistan və Azərbaycanı tezliklə sülh müqaviləsini imzalamağa dəvət edib.

Ordu.az-ın xəbərinə görə, bu barədə ABŞ Dövlət katibi Antoni Blinken iyunun 20-də Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı zamanı bildirib.

A.Blinken Ermənistan və Azərbaycan arasında sülh gündəliyinin irəlilədilməsi baxımından əldə olunmuş nəticələri təqdir edərək ABŞ-nin iki ölkə arasında münasibətlərin normallaşdırılması prosesinə dəstəyini davam etdirməyə əzmli olduğunu vurğulayıb və tərəfləri tezliklə sülh müqaviləsini imzalamağa dəvət edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ermənistan   Azərbaycan  


Bizi "telegram"da izləyin