Putin: "Rusiya nüvə doktrinasında dəyişiklik edə bilər"

2024/06/40df1-1718361256.jpg
Oxunub: 267     20:32     20 İyun 2024    
Rusiya nüvə doktrinasında mümkün dəyişiklikləri istisna etmir.

Ordu.az ”RT” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.

“Biz bu nüvə doktrinasında strategiyaların nəyini və necə dəyişdirilə biləcəyini düşünürük. Bu, yeni dəyişikliklərin meydana çıxması ilə əlaqədardır. Hər halda, potensial düşmənin bunun üzərində işlədiyini bilirik”, - dövlət başçısı qeyd edib.

Putinin sözlərinə görə, söhbət nüvə silahından istifadə həddinin aşağı salınmasından gedir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Putin   Rusiya  


Bizi "telegram"da izləyin