İsrail ordusu “Hizbullah”ın əsas komandirlərindən birini məhv edib - VİDEO

2024/06/66743-1718896989.jpg
Oxunub: 254     18:25     20 İyun 2024    
İsrail ordusunun Livanın cənubundakı Deyr-Kifa şəhərinə aviazərbələri nəticəsində “Hizbullah” komandirlərindən Faisal İbrahim öldürülüb.

Ordu.az-ın “The Jerusalem Post”a istinadən xəbərinə görə, sözügedən şəxs təşkilatın bu ölkədəki cənub qanadına rəhbərlik edib.

Onun əsas vəzifəsi “Hizbullah”ın bölgədə törətdiyi və planlaşdırdığı terror hücumlarının təşkilindən ibarət olub.

Eyni zamanda, İsrail ordusunun hərbi aviasiyası yer-hava tipli raketlərlə “Hizbullah” terrorçularının gizləndiyi ehtimal olunan obyektləri də hədəfə alıb.



Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Hizbullah  


Bizi "telegram"da izləyin