Göyçə vilayətinin demarkasiya və delimitasiya işlərinə yaxın vaxtlarda başlanılacaq

2024/06/image-1718875456.jpg
Oxunub: 499     20:23     20 İyun 2024    
Bu yaxınlarda Göyçə vilayətinin rəisi Karen Sarkisyan vilayətin müxtəlif nümayəndələri ilə görüşüb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Nəşr qeyd edib ki, qızğın müzakirələr aparılıb, müzakirələr zamanı Sarkisyan Göyçə vilayətinin demarkasiya və delimitasiya işlərinə yaxın vaxtlarda başlanılacağını bəyan edib.

“Sarkisyan əmin edib ki, vilayətdə sərhədin demarkasiyasını şəxsən özü həyata keçirəcək, bütün məlumatlardan və hərəkətlərdən xəbərdar olacaq. O əmin edib ki, narahat olacaq heç nə yoxdur”, - deyə nəşr qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Göyçə  


Bizi "telegram"da izləyin