Erməni kənd sakini: “Demarkasiyanın necə olacağını bilmirəm, amma artıq tikanlı məftillər çəkiblər”

2024/06/1718876574.jpg
Oxunub: 326     19:17     20 İyun 2024    
“İcma bələdiyyəsindən məlumat verməyiblər ki, hökumətdən adam gəlir. Bəlkə bizim də veriləsi suallarımız var?”.

Ordu.az xəbər verir ki, bunu Zəngəzur vilayətinin Dığ icmasının ağsaqqallar şurasının üzvü Masis Zeynalyan deyib.

Onun sözlərinə görə, görüşdə icma başçısı, Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasının üzvü Qulunts, onun dayısı və sakinlər iştirak ediblər.

“Sakinləri də seçiblər?” sualına Zeynalyan belə cavab verib: “Bilmirəm, uşaqları çıxarıblar, tərbiyəçidirlər. Əvvəlki hakimiyyət nümayəndələrindən danışmağı xoşladıqları üçün əvvəllər də görüşə pedaqoqları gətirirdilər, indi də belədir. Baş nazir Şıxovuza getdi, insanlar öz suallarını verdilər, indi mən bir sakin və ağsaqqallar şurası üzvü kimi öz suallarımı vermək istərdim. Bir dəfə vermişəm, hətta yazılı müraciət etmişəm, hələ də cavab yoxdur”.

Zeynalyan mümkün delimitasiyaya toxunaraq əlavə edib: “Azərbaycanlılar artıq tikanlı məftil çəkirlər. Demarkasiyanın necə olacağını bilmirəm, amma “bizim torpaqlarımız”da artıq tikanlı məftillər çəkiblər, bu, dəqiqdir. Onların dayandıqları yerdə də tikanlı məftil var. Bu yaxınlarda çəkiblər. Bizimkilər də çəkiblər”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Zəngəzur   Dığ  


Bizi "telegram"da izləyin