Rusiyalı ekspert Ermənistanın Fransadan alacağı silahları qiymətləndirib

2024/05/1716620060.jpg
Oxunub: 312     15:32     20 İyun 2024    
“Fransanın “Caesar” özüyeriyən artilleriya qurğularının alınması o deməkdir ki, paralel mərmi tədarük sistemləri yaratmaq lazımdır”.

Ordu.az xəbər verir ki, bunu rusiyalı hərbi ekspert Pavel Felqenqauer deyib.

Onun sözlərinə görə, nəzərə almaq lazımdır ki, Ermənistan ordusunda üstünlük təşkil edən rus texnikası ilə müqayisədə, fransız texnikası rus texnikasından (152 mm) fərqli olaraq başqa çaplıdır (155 mm).

Felqenqauer qeyd edib ki, fransız “Caesar”ları Ukraynada effektivdir və tırtıllı təkərləri olan özüyeriyən artilleriya qurğularından daha sürətli hərəkət edir.

“Fransız texnikasında Ermənistan ordusunda ümumiyyətlə olmayan GPS hədəfləməsi var. Fransız sistemi yüksək dəqiqliklə, o cümlədən adi, çox ucuz mərmilərlə atəş açmaq imkanı təklif edir”, - deyə Felqenqauer bildirib.

O əlavə edib ki, artilleriyaçıların hazırlanması sistemi bu halda fərqli olsa da, texnologiyanın mənimsənilməsi baxımından heç bir xüsusi çətinlik olmayacaq.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ermənistan   Fransa   Caesar  


Bizi "telegram"da izləyin