“Erməni tərəfi artilleriya baxımından böyük itki verdi və artilleriya dəstəyi olmadan hər şey pis getdi” - Felqenqauer

2021/01/Pavel-1611136801.jpg
Oxunub: 812     18:12     21 İyun 2024    
“Müasir müharibədə Pilotsuz Uçuş Aparatı (PUA) hücumları təhlükəsi nəzərə alınmaqla, artilleriyanın sürətli hərəkəti vacibdir”.

Ordu.az xəbər verir ki, bunu rusiyalı hərbi ekspert Pavel Felqenqauer deyib.

Onun sözlərinə görə, 44 günlük müharibədə erməni tərəfi məhz artilleriya PUA-lara təzyiq göstərdiyi üçün uduzub.

“Kamuflyaj kömək etmədi, artilleriya kifayət qədər statik idi. Qarabağ müharibəsinin birinci mərhələsində bu, daha təsirli idi, ikinci müharibədə isə kifayət qədər zəif idi. Erməni tərəfi artilleriya baxımından böyük itki verdi və artilleriya dəstəyi olmadan hər şey pis getdi. Erməni tərəfinin əsas problemi müasir artilleriyanın olmaması idi. Müharibədə məğlubiyyətə səbəb olan da budur”, - deyə Felqenqauer bildirib.

Felqenqauer əlavə edib ki, buna görə də artilleriya qüvvələrinin islahatlarından başlamaq məqsədəuyğundur, Ermənistan bunu edir.

Xatırladaq ki, İrəvan və Paris Fransanın “Caesar” özüyeriyən artilleriya sistemlərinin tədarükü haqqında saziş imzalayıblar.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: PUA   Qarabağ   İrəvan  


Bizi "telegram"da izləyin