Ermənistanda yaxın vaxtlarda yeni həbslər gözlənilir

2024/06/maxre-1718874536.jpg
Oxunub: 222     17:40     20 İyun 2024    
İyunun 12-də İrəvanda, Bağramyan prospektində polisin istifadə etdiyi yüngül qumbaraatanlardan xəsarət alan etirazçılara hüquq-mühafizə orqanlarının əməkdaşlarının hansı sualları verdikləri məlum olub.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Nəşr qeyd edib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçılardan Bağramyan prospektində nə işləri olduqlarını, məcburi şəkildə aksiyaya aparılmadıqlarını, yoxsa aksiyada maraqlı olduqlarını soruşurlar.

“Vəziyyətə əsasən, hüquq-mühafizə orqanlarının əməkdaşları xəsarət almış vətəndaşları baş verənlərin təqsirkarlarını, yəni polisi cəzalandırmaq və onların hüquqlarını qorumaq məqsədilə yox, əksinə, vətəndaşları mitinqə dəvət edənləri və ya təşkilatçıları müəyyən etmək məqsədilə dindirir. Yeri gəlmişkən, qumbaraatanların partlaması nəticəsində xəsarət alan bir çox vətəndaşın hadisədən 6 gün keçməsinə baxmayaraq hələ də məhkəmə-tibb həkimlərini gözləməsi ümumi nəticələrin verilməsini gecikdirir. Bu mənzərə ilə yanaşı, hüquq-mühafizə orqanlarının əməkdaşları aktiv prosesə başlayıb və “siyasi göstəriş nəticəsində” “Vətən naminə Tavus” hərəkatının iştirakçılarını həbs edirlər. Aprel ayından indiyədək baş vermiş aksiyalar nəticəsində 29 vətəndaş saxlanılıb. Məlumata görə, yaxın vaxtlarda yeni həbslər olacaq”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Yeni-həbs  


Bizi "telegram"da izləyin